"Elektronikin macəraları" filmindəki rolu ilə tanınan Vasili Skromnı vəfat edib.
Kulis.az xəbər verir ki, aktyor 61 yaşında xərçəngdən dünyasını dəyişib.
Qeyd edək ki, o, bir neçə filmdə çəkildikdən sonra dənizçilik məktəbinə daxil olub və donanmada çalışıb.