ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraqda təyyarə qəzası nəticəsində hərbçilərin ölməsini təsdiqləyib.
Bu barədə CENTCOM məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 6 hərbçidən dördü ölüb. Bununla da ABŞ-ın İrana qarşı hərbi əməliyyatında itkilərin sayı səkkizə çatdı.
Hadisənin baş vermə səbəbləri araşdırılır, xilasetmə işləri aparılır.
Eyni zamanda, təyyarənin düşmən və ya müttəfiqlər tərəfindən vurulmadığı qeyd olunub.