EN

Futbol sehrbazı nın həyatı ekranlara daşınır

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Netflix" platforması Braziliya futbolunun əfsanəvi siması, futbolun "sehrbazı" sayılan Ronaldinyonun karyerasından bəhs edən yeni sənədli serialını təqdim edəcəyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə platformanın mətbuat xidməti məlumat yayıb.

"Ronaldinho: The One and Only" adını daşıyan bu ekran işi üç seriyadan ibarət miniserial formatında tamaşaçıların ixtiyarına veriləcək. Futbolsevərlərin maraqla gözlədiyi layihənin premyerası isə aprel ayının 16-na təyin olunub.

Məlumat üçün bildirək ki, ulduz futbolçuya həsr olunan bu miniserialın rejissoru Luis Aradır. O, bundan əvvəl məşhur qapıçı Rene Hiquita və Braziliya yığmasının 2002-ci il dünya çempionatındakı tarixi zəfərindən bəhs edən filmlərin də müəllifi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
1
oxu.az

2Sources