
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı ən azı iki-üç həftə davam edəcək.
Missiya.Az xəbər verir ki, bu barədə “Axios” portalı İsrailin hökumət rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp dəqiq müəyyən edilmiş ictimai məqsədlərin olmamasına baxmayaraq, əməliyyatı davam etdirməyə hazırdır. Lakin İsrail Trampın gözlənilməz addımlar atıb qəfildən hərbi əməliyyatı dayandıracağından, bu və ya digər bəhanə ilə İran üzərində qələbə elan edəcəyindən qorxur.
Daşqın HəsənovMissiya.Az