EN

Netanyahudan müsəlmanlar haqqında qalmaqallı açıqlamalar “İstər sünni, istərsə də şiə...”

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ, İsrail və İran arasında davam edən və Yaxın Şərqdə gərginliyi artıran müharibə fonunda beynəlxalq məhkəmələr tərəfindən insanlıq əleyhinə cinayətlər törətməkdə ittiham olunan İsrailin Baş naziri Benyamin Netanyahu müsəlmanlar haqqında qalmaqallı açıqlamalar verib. 

O, sünniliyin də, şiəliyin də "radikal islam" olduğunu və onların dünya üçün təhlükə yaratdığını iddia edib. Hətta  bunun qarşısının təkbaşına alınmasının mümkün olmadığını bildirərək beynəlxalq dəstək istəyib.

Sionizmi bütün dünyaya yaymağa çalışan və qandan doymayan Netanyahu çıxışında ABŞ və İsrail arasında güclü əməkdaşlıq sayəsində regionda güc balansını dəyişdirdiklərini də vurğulayıb. O bildirib ki, iki ölkənin birgə hərbi və siyasi gücü Yaxın Şərqdə və ondan kənarda ciddi nəticələr doğurub.

Qəzzada törətdiyi qətliamlara görə bir çox ölkənin "persona non grata" elan etdiyi Netanyahu açıqlamasının davamında müsəlmanlara yönələn mübahisəli ifadələr işlədib.

O, sünnilik və şiəlik daxil olmaqla "radikal islam"ın dünya üçün böyük təhlükə olduğunu iddia edib.

“Digər ölkələr də Orta əsrlərə qayıtmaq istəyir. Radikal islam, istər sünni, istərsə də şiə bütün dünya üçün böyük təhlükədir. Bunun öz-özünə həll olunacağını deyə bilmərik. Düşmənlərimizə qarşı əməliyyatları davam etdiririk”, - deyə o qeyd edib.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
azpolitika.info

1Sources