EN

Beynəlxalq əməkdaşlığa qarşı yönəlmiş mənfi ritorika bir çox qlobal problemlərin həllini ləngidir - Bolqarıstanın sabiq prezidenti

Bakı. Trend:

Beynəlxalq əməkdaşlığa qarşı yönəlmiş mənfi ritorika bir çoxqlobal problemlərin həllini ləngidir.

Trend xəbər verirki, bunu Bolqarıstanın sabiq prezidenti Pyotr Stoyanov “Keçiddövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması”mövzusunda keçirilən XIII Qlobal Bakı Forumu çərçivəsində təşkilolunmuş “Danışıqlardan kənarda: COP-un dayanıqlığı uğrundamübarizə” adlı panel iclasında deyib.

“Planlaşdırma və idarəetmədə ictimai təhlükəsizlik prinsipiningücləndirilməsi zəruridir. Bu prinsip yaxşı məlumdur, onilliklərboyu sınaqdan çıxıb və milli hökumətlərin, biznesin, vətəndaşcəmiyyətinin, həmçinin bu iştirakçıların transmilli şəbəkələrininartan iştirakı ilə xarakterizə olunur. Bu isə daha fəal beynəlxalqəməkdaşlıq və çoxtərəfliliyə qarşı yönəlmiş populist meyillərəqarşı qəti mübarizə deməkdir”, – deyə o bildirib.

P.Stoyanov qeyd edib ki, belə populizm milyonlarla insanınehtiyaclarına birbaşa ziddir. Onun sözlərinə görə, hazırdamilyonlarla insan müharibələrdən əziyyət çəkir və insanlar sağqalmaq barədə düşündükdə, istixana qazı emissiyalarının azaldılmasıideyası onlara aktual görünmür.

Chosen
28
az.trend.az

1Sources