EN

Tərtərdə doğuş zamanı 19 yaşlı qadın niyə həyatını itirib? TƏBİB dən AÇIQLAMA

Bizim media saytına istinadən ain.az xəbər verir.

Martın 12-i Tərtər rayonunda 19 yaşlı qadın doğuş zamanı həyatını itirib. Ölüm Tərtər Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü Hacıqərvənd kənd sakini Röya Zahid qızı Allahverdiyeva doğuş zamanı vəfat edib.Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki,  2007-ci il təvəllüdlü pasiyent 12.03.2026-cı il tarixində saat 17:00 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə 39–40 həftəlik hamiləlik, baş gəlişi, doğuşun I dövrü diaqnozu ilə daxil olub.Aparılan tibbi müşahidə və nəzarət fonunda saat 18:30 radələrində fizioloji doğuş baş verib. Doğuşdan sonrakı dövrdə zahı qadının ümumi vəziyyətində kəskin pisləşmə qeydə alınıb.Bildirilib ki, pasiyentə dərhal mövcud klinik vəziyyətə uyğun olaraq reanimasiya və intensiv terapiya tədbirləri həyata keçirilib.Görülən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, 12.03.2026-cı il tarixində saat 21:50 radələrində onun bioloji faktı qeydə alınıb.          Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tərtər rayon şöbəsinə təhvil verilib.Hadisənin səbəblərinin dəqiqləşdirilməsi məqsədilə müvafiq araşdırma aparılır. Ölümün bilavasitə səbəbinin dəqiq müəyyənləşdirilməsi patoloji-anatomik müayinə (təşrih) nəticəsində məlum olacaq.      Məlumatda qeyd edilib ki, yenidoğulmuşun vəziyyəti qənəatbəxş olaraq qiymətləndirilir.Naibə Məmmədova, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
45
16
bizim.media

10Sources