AZ

Tərtərdə 19 yaşlı qadın doğuşdan sonra vəfat edibVİDEO

Tərtər rayonunda 19 yaşlı qadın doğuşdan sonra həyatını itirib.

Xezerxeber.az-ın məlumatına görə, Tərtər Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə ötən gün saat 17:00 radələrində 2007-ci il təvəllüdlü qadın 39-40 həftəlik hamiləlik, doğuşun I dövrü diaqnozu ilə daxil olub. Aparılan tibbi müşahidə və nəzarət fonunda saat 18:30 radələrində fizioloji doğuş baş verib. Doğuşdan sonrakı dövrdə zahı qadının ümumi vəziyyətində kəskin pisləşmə qeydə alınıb. Pasiyentə dərhal mövcud klinik vəziyyətə uyğun olaraq reanimasiya və intensiv terapiya tədbirləri həyata keçirilib. Görülən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, axşam saat 21:50 radələrində Hacıqərvənd kənd sakini Röya Alverdiyevanın ölüm faktı qeydə alınıb.

Yaxınları Röya Alverdiyevanın həkimlərin səhlənkarlığını ucbatından öldüyünü iddia edirlər.

Vəfat edən Röya Alverdiyevanın qayınatası isə bildirib ki, gəlinin doğuşdan sonra vəziyyəti normal olsa da, sonradan onda qanaxma baş verib.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tərtər rayon şöbəsinə təhvil verilib. Hadisənin səbəblərinin dəqiqləşdirilməsi məqsədilə müvafiq araşdırma aparılır.

Qeyd edək ki, yenidoğulmuşun vəziyyəti qənəatbəxş olaraq qiymətləndirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
48
1
xezerxeber.az

10Mənbələr