EN

Əmlak Məsələləri Dövlət Xidməti iki ayda özəlləşdirmə və icarədən büdcəyə 76 milyon manat köçürüb

Bakı, 13 mart, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-fevral ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 75,9 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yanvar-fevral ayları ərzində 10 hərrac keçirilib. Hərraclarda 1 səhmdar cəmiyyətinin səhm paketi və 258 nəqliyyat vasitəsi özəlləşdirilib.

Hesabat dövründə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 66,1 milyon manat təşkil edib. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yanvar-fevral ayları ərzində 96-sı qeyri-yaşayış, 794-ü torpaq sahələri üzrə olmaqla 890 yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 9,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Beləliklə, yanvar-fevral ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 75,9 milyon manat vəsait daxil olub.

 

Chosen
6
4
azertag.az

10Sources