EN

İrana məxsus 8 pilotsuz uçuş aparatı vurulub

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səudiyyə Ərəbistanı ölkəyə qarşı təşkil edilən 8 pilotsuz uçuş aparatı (PUA) hücumunun hava hücumundan müdafiə sistemləri tərəfindən dəf edildiyini bəyan edib.

"Cebheinfo.az" xəbər verir ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyindən verilən açıqlamada ölkəyə yönələn hücumlarla bağlı məlumat verilib.

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemlərinin ölkəyə qarşı göndərilən 8 pilotsuz uçuş aparatını vurduğu bildirilən açıqlamada, bunlardan 2-nin şərq bölgəsində, 5-nin isə Əl-Xarc bölgəsində zərərsizləşdirildiyi ifadə edilib.

Açıqlamada həmçinin, Ər-Riyadda səfirliklərin yerləşdiyi Diplomatiya Məhəlləsinə də PUA hücumu cəhdinin olduğu və həmin aparatın da məhv edildiyi qeyd olunub.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
1
cebheinfo.az

2Sources