EN

Qlobal Şimal və Qlobal Cənub arasındakı fərqlərdən iqlim problemlərinin həlli üçün istifadə etmək lazımdır - COP27 sədri

Bakı. Trend:

Qlobal Şimal və Qlobal Cənub arasında bəzən fəaliyyətlərinkoordinasiyasını çətinləşdirən fərqlər mövcuddur. Lakin bu fərqləriqlim problemlərinin həlli üçün ümumi yanaşmanınformalaşdırılmasında tanınmalı və istifadə olunmalıdır.

Trend xəbər verirki, bunu Misirin keçmiş xarici işlər naziri, COP27 sədri SamehŞükri “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradanqaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumuçərçivəsində təşkil olunmuş “Danışıqlardan kənarda: COP-undayanıqlığı uğrunda mübarizə” adlı panel iclasında deyib.

Onun sözlərinə görə, 300 milyon dollar məbləğində kollektivmaliyyələşdirməyə nail olunması mühüm uğurdur, lakin onunuzunmüddətli təsiri ilə bağlı realist olmaq vacibdir.

“Tarix göstərir ki, gözləntilər heç də həmişə reallığa uyğunolmur, buna görə də bu məhdudiyyətləri nəzərə alaraq planlaşdırmaaparmaq vacibdir. Eyni zamanda əminəm ki, dayanıqlı energetikayakeçid vasitəsilə iqtisadi artım üçün böyük potensial mövcuddur vəbu istiqamət gələcəyə aparan yolu göstərir”, – deyə o bildirib.

S.Şükri qeyd edib ki, iqlim tədbirlərinin uğurla həyatakeçirilməsi iqlim dəyişikliklərinin fəsadlarının azaldılması vəuyğunlaşma üzrə səylərin genişləndirilməsi üçün maliyyəresurslarına çıxış tələb edir.

Chosen
79
2
az.trend.az

3Sources