Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisi Bolqarıstanda keçiriləcək beynəlxalq turnirə hazırlaşır.
U-18-in baş məşqçisi Aqil Nəbiyev Fanat.Az-a açıqlamasında komandanın səfər planını açıqlayıb:
"Martın 24-31-i aralığında təşkil olunacaq turnirə hazırlaşırıq. Meydan sahiblərindən başqa, digər rəqiblərimiz Malta və Litva olacaq. Martın 17-də hazırlıq məqsədi ilə bir araya gələcəyik. Dörd gün Bakıda hazırlaşdıqdan sonra səfərə yollanacağıq. Oyun tarixlərimiz də bəllidir. Ayın 24-də Bolqarıstanla, 27-də Malta, 30-da isə Litva ilə qarşılaşacağıq. Martın 31-i çıxışımızı başa vurub geri dönəcəyik. Heyətlə bağlı müəyyən çətinliklərimiz olsa da, uğurlu çıxış etməyə çalışacağıq. Yekun heyəti 1-2 günə açıqlayacağam".
Qeyd edək ki, 18 yaşlılar son olaraq ötən ay Belarusda təşkil edilən Beynəlxalq İnkişaf Turnirində iştirak edib. Yığmamız Minskə keçirdiyi oyunlarda Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub, Belarusa qalib gəlib - 1:0. Təmsilçimiz 5-ci yer uğrunda görüşdə Tacikistanın uyğun yaş qrupundan ibarət komandasına 0:1 uduzub.
MiraÄŸa