Livan prezidenti Cozef Aun İsrailə bir aylıq atəşkəs təklif edərək, bu müddət ərzində "Hizbullah"ı tərksilah edəcəyinə söz verib.
Musavat.com xəbər verir ki, bu barədə ərəb qəzeti olan "Əşarq əl-Əvsat" Beyrutdakı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, dövlət başçısı sülh təklifini ABŞ-nin Livandakı səfiri Maykl İssa vasitəsilə İsrail tərəfinə çatdırıb.
Aun bildirib ki, Livan ordusunun bütün qanunsuz hərbi qrupları tərksilah etmək üçün hökumət tərəfindən təsdiqlənmiş planı tamamlaya bilməsi üçün atəşkəs lazımdır.
O, belə bir əməliyyatın hərbi şəraitdə həyata keçirilməsinin mümkün olmadığını vurğulayıb.
Musavat.com
