EN

“Ali məktəblərin köçürülməsi milyonların boşuna xərclənməsinə səbəb ola bilər”

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əks olunub ki, “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakıdakı universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsi əksini tapacaq.

Qeyd edilib ki, bu məsələ barədə hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsində müvafiq illər üzrə müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan dosent İlham Əhmədov qeyd edib ki, bu müzakirələr illər əvvəl bir qədər aktiv oldu, sonra isə dayanmışdı:

“Son dövrlərdə mövzu yenidən gündəmə gəlib. Ümumilikdə son 16 ildə bu məsələ dəfələrlə qaldırılıb və hər dəfə mən məqalələrimlə TN ETN-in diqqətini çəkməyə çalışmışam ki, belə yanaşmalar universitetlərin inkişafına zərər verə bilər.

ETN əvvəlcə universitetləri öz funksiyasına uyğun formalaşdırsın, sonra hara istəsə, köçürməyi düşünsün”.

Dosent qeyd edib ki, 50-100 ilə universitet səviyyəsinə çata bilməyən, bir ayda isə PHŞ statusu verilən qurumun hansı məkanda yerləşməsi əhəmiyyətli deyil:

“Universitetlərin şəhərdən kənara köçürülməsi məsələsi artıq uzun müddətdir müzakirə olunur, lakin maliyyə amili burada həlledici rol oynayır.

Bugünədək ali təhsil müəssisələrinə ayrılan milyonlar əsasən səmərəsiz xərclənib. İndi həmin infrastruktur və binalar rayonlara köçürüləcək, lakin bu, təmiri və tikintisi başa çatmış obyektlərin səmərəsiz istifadəsinə gətirib çıxaracaq. Nəticədə universitetlərin regionlarda fəaliyyətini yenidən sıfırdan qurmaq zərurəti yaranacaq”.

Şəbnəm

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
icma.az

1Sources