EN

“Gələn həftə İrana çoxlu sərt zərbələr endirə bilərik” - Tramp

ABŞ Prezidenti Donald Tramp gələn həftə İrana qarşı çox sərt zərbələr endirilə biləcəyini bildirib.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, vəziyyət tələb edərsə, ABŞ qüvvələri Hormuz boğazında gəmilərin təhlükəsiz hərəkətini təmin etmək üçün onları müşayiət edə bilər.

“Lazım gələrsə, Hörmüz boğazında gəmiləri müşayiət edəcəyik. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Hörmüz boğazında nə baş verəcəyini görəcəyik”, – deyə Donald Tramp qeyd edib.

Seyranə Quliyeva

Missiya.Az

Chosen
65
missiya.az

1Sources