Son bir il ərzində deputatlar Nazirlər Kabinetinə 124 müraciət ünvanlayıb.
"Far.Az" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsindən sonra çıxışında deyib.
Baş nazir qeyd edib ki, hökumətin müvafiq qurumları il ərzində 51 müraciəti tam şəkildə icra edib: "35 müraciətə baxılmaqdadır. Yəqin ki yaxın zamanlarda bunlar icra olunacaq. Qalan 38 müraciətin də üzərində işlər aparılıb, yəqin onlar da öz həllini tapacaq".
"Milli Məclis arasında və hökumət arasında formalaşmış səmərəli və faydalı əməkdaşlığı, qurulmuş işgüzar münasibətləri yüksək qiymətləndiririk və gələcəkdə də bu istiqamətdə fəaliyyətimizi quracağıq. Hörmətli deputatların seçicilərinin müraciətləri əsasında qaldırdığı məsələlər hökumətin aidiyyəti qurumlarının mövcud imkanlar ıçərçivəsində diqqətdə saxlanılacaq və maksimal dərəcədə icrası üçün hər şey olunacaq", - deyə o əlavə edib.