EN

Millimiz ilk qələbəsini qazandı

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda ilk qələbəsini qazanıb.

“Qafqazinfo” xəbər verir ki, B qrupunda yer alan yığma meydan sahibləri ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının qalibiyyəti ilə yekunlaşıb - 21:8.

İlk görüşdə Kanadaya 10:16 hesabı ilə uduzan milli sabah İspaniya ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
4
qafqazinfo.az

10Sources