EN

Gəncədə iki avtomobil toqquşdu - Xəsarət alanlar var

Gəncədə qəza olub 1 azyaşlı olmaqla iki nəfər xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospekti ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2107" ilə digər avtomobil toqquşub. Qəza zamanı 2006-cı il təvəllüdlü Z.Qurbanova və daha bir azyaşlı xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov

Chosen
53
2
unikal.az

3Sources