EN

Makron və Zelenski görüşünü rüsvayçılıqADLANDIRDI

Fransa siyasətçisi Zelenskinin Yelisey Sarayına səfərini tənqid edib.

Redaktor.az xəbər verir ki, Fransanın sağçı "Patriots" partiyasının lideri Florian Filippot X sosial şəbəkəsində Fransa Prezidenti Emmanuel Makronun Ukrayna lideri Vladimir Zelenskini Yelisey Sarayında qəbul etməsini “rüsvayçılıq” adlandırıb.

“Makron Zelenskini Yelisey Sarayında köhnə bir dost kimi qucaqlayaraq qəbul etdi, amma bir neçə gün əvvəl Kiyev rejiminin başçısı Macarıstanın Baş naziri Viktor Orbanı hədələdi və dəhşətli korrupsiyanın əlaməti olan əskinaslar və qızıl daşıyan ukraynalı nağd pul yığanlar saxlanıldı!”, - deyə Filippot bildirib.

Siyasətçi həmçinin Zelenskinin yenidən Fransaya pul üçün gəldiyini vurğulayıb və Kiyevə yardımın dayandırılmasına çağırıb.

Aminə ŞAHSUVARQIZI

Chosen
28
1
redaktor.az

2Sources