EN

Siqh fəalı beynəlxalq ictimaiyyətin səssizliyindən təəccübləndiyini bildirib

Cenevrə, 13 mart, AZƏRTAC

Xəlistan Azadlıq Assosiasiyasının üzvü Harbaaz Singh siqh icmasının öz müqəddəratını təyin etmək və təhlükəsiz həyat tərzi sürmək hüququnun tanınması və qorunmasına daha fəal diqqət cəlb etməyi çağırıb.

AZƏRTAC-a verdiyi müsahibədə Harbaaz Singh özünü insan haqları hərəkatının “məşəl daşıyıcıları” elan edənlər tərəfindən diqqətin azlığından təəccübləndiyini bildirib.

“Bu sükut dəhşətli hadisələr fonunda, siqh fəallarının yoxa çıxdığı və hətta xaricdə, diasporda ölü tapıldığı zaman baş verir”, - deyə o qeyd edib.

Agentliyin həmsöhbəti insan haqları təşkilatlarının diqqətini siqhlərin istəklərinə cəlb etmək məqsədi daşıyan konfransın Cenevrədə keçirildiyinə görə Bakı Təşəbbüs Qrupuna minnətdarlığını bildirib. Onun sözlərinə görə, problemin BMT səviyyəsinə çıxarılması mühüm nailiyyətdir və siqh icmasının hüquqlarının tanınması prosesində növbəti bir addımdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

Chosen
38
1
azertag.az

2Sources