400-dən çox abonentin qaz təchizatı DAYANDIRILACAQ
Ajans.azxəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb "Tərtər 2" ölçü qovşağından qidalanan - Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinin qarşısından keçən qaz xəttinin şəbəkəyə qoşulmasıdır.
Bildirilib ki, təbii yanacağın verilişi qoşulma işləri başa çatdıqdan sonra bərpa ediləcək.