Braziliya Futbol Konfederasiyası (CBF) milli komandanın ikinci formasını təqdim edib.
Fanat.Az xəbər verir ki, bu barədə CBF rəsmi saytı vasitəsilə məlumat yayıb
Bildirilib ki, "Nyu-York forması" Braziliyanın ən sürətli və ən qorxulu yırtıcılarının rənglərindən, naxışlarından və çaplarından ilhamlanıb.
Komanda bu formanı ilk dəfə 26 martda Fransaya qarşı yoldaşlıq oyununda geyinəcəklər.