Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ukrayna prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı Volodimir Zelenski daha bir soydaşımızı təltif edib.
Gununsesi.info xəbər verir ki, Emin Həsənov “İgidliyə görə” ordeniylə təltif olunub.
Qeyd edək ki, Emin Həsənov 2015-ci ildən könüllü olaraq Ukrayna ordusunda xidmət edir.
2022-ci il Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi təcavüzdən sonra əlində silah ön cəbhədədir.
Döyüşçü yoldaşlarının “Türk” ləqəbi verdikləri soydaşımız Kiyevim müdafiəsi, həmçinin Donbass, Zaporojya, Xarkov istiqamətlərində qəhrəmanlıqlar göstərib.
O, bir neçə dəfə ağır yaralanmasına baxmayaraq, müalicə aldıqdan sonra cəbhə xəttinə, komandiri olduğu birliyinə qayıdıb.
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.