EN

"Atletiko Madrid"in futbolçusu zədələndi

"Atletiko Madrid"in yarımmüdafiəçisi Pablo Barrios zədələnib.

Fanat.Az xəbər verir ki, informasiyanı AS nəşri yayıb.

Məlumata görə, 22 yaşlı futbolçu məşq zamanı əzələ ağrısı hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib. Sözügedən oyunçu ötən ay, İspaniya Kubokunda "Betis"ə qarşı keçirdikləri matçda da zədələnmişdi.

Barrios cari mövsüm Madrid təmsilçisinin forması ilə 21 matça çıxaraq 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Toğrul

Chosen
51
fanat.az

1Sources