EN

ABŞ-a qarşı daha bir cəbhə açıldı - İraqda yanacaq təyyarəsini biz vurduq…



İraqdakı "İslam Müqaviməti" kimi tanınan bəzi silahlı qruplar ölkənin qərbində ABŞ-ın KC-135 yanacaq doldurma təyyarəsini vurduqlarını iddia ediblər.

"Ölkəmizin və hava məkanımızın işğalçı qüvvələr rərəfindən pozulmasına qarşı müdafiə məqsədilə İraqın qərbində ABŞ-a aid KC-135 təyyarəsi vurulub" – deyə qrupun açıqlamasında bildirilir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ Hərbi Hava Qüvvələrinə aid KC-135 yanacaq doldurma təyyarəsinin İraqın qərbində qəzaya uğradığını təsdiqləyərək qəzanın düşmən və ya dost atəşi nəticəsində baş vermədiyini, hadisənin dost hava məkanında baş verdiyini bildirib.

CENTCOM qəzaya qarışan iki təyyarədən birinin düşdüyünü, digərinin isə təhlükəsiz şəkildə eniş etdiyini və xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.

ABŞ ordusu İraqda qəzaya uğrayan KC-135 təyyarəsindəki altı əsgərdən dördünün həlak olduğunu açıqlayıb.

Tahir TAĞIYEV

Chosen
54
9
baki-xeber.com

7Sources