Qafqazinfo saytına istinadən ain.az xəbər verir.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasova ağır itki üz verib.
“Qafqazinfo”nun məlumatına görə, icra başçısının atası Bəxtiyar Abbasov 74 yaşında vəfat edib.
Qeyd edək ki, Bəxtiyar Abbasov uzun müddət Şamaxı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi və Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının sədri vəzifələrində işləyib.
Mərhumun dəfn mərasimi sabah Şamaxıda keçiriləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.