Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasova ağır itki üz verib.
Ölkə.az xəbər verir ki, icra başçısının atası Bəxtiyar Abbasov 74 yaşında vəfat edib.
Qeyd edək ki, Bəxtiyar Abbasov uzun müddət Şamaxı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi və Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının sədri vəzifələrində işləyib.
Mərhumun dəfn mərasimi sabah Şamaxıda keçiriləcək.(qafqazinfo)