EN

Bayramov Fidanla danışdı - regionda artan gərginlik müzakirə edildi



Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyindən bildirilib ki, telefon danışığı zamanı regionda mövcud təhlükəsizlik vəziyyəti və artan gərginlik müzakirə edilib.

Ceyhun Bayramov bu gün Türkiyə Respublikasının ərazisinə növbəti raket hücumunu qınayıb, qardaş Türkiyəyə dəstəyini ifadə edib. Hərbi eskalasiyanın daha da genişlənməsinin arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyi vurğulanıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

ZÜMRÜD

Chosen
42
32
baki-xeber.com

10Sources