AZ

Ceyhun Bayramov Türkiyəyə növbəti raket hücumunu qınadı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı aparıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Telefon danışığı zamanı regionda mövcud təhlükəsizlik vəziyyəti və artan gərginlik müzakirə edilib.

C.Bayramov bu gün Türkiyə ərazisinə növbəti raket hücumunu qınayıb, qardaş ölkəyə dəstəyini ifadə edib. Hərbi eskalasiyanın daha da genişlənməsinin arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyi vurğulanıb.

Danışıq zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə də toxunulub.


Telegram kanalımız
Seçilən
36
16
yenisabah.az

10Mənbələr