EN

Xarici ölkə vətəndaşları Azərbaycan vasitəsilə təxliyə olunub

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Astara, 13 mart, AZƏRTAC

Axşam saatları olmasına baxmayaraq, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1 nəfər Azərbaycan, 6 nəfər Sudan, 2 nəfər ABŞ, 15 nəfər Oman, 8 nəfər Bəhreyn, 3 nəfər Tacikistan, 1 nəfər Dominik Respublikası, 1 nəfər Kanada və 14 nəfər İran vətəndaş Azərbaycan ərazisi vasitəsilə təxliyə ediliblər. Onların sərhəddən təhlükəsiz keçidi təmin olunub.

Təxliyə prosesi müvafiq prosedur qaydalarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir. Sərhəd-keçid məntəqəsində vətəndaşların rahat və təhlükəsiz keçidi üçün bütün zəruri şərait yaradılıb və proses gün ərzində mərhələli şəkildə davam etdirilir.

Müxbir - İlkin Adıyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
58
7
azertag.az

8Sources