EN

​"Fənərbaxça"nın ulduzu gedir

"Fənərbaxça"nın futbolçusu Fred karyerasını Braziliyada davam etdirə bilər. Metbuat.az xəbər verir ki, "Atletiko Mineyro" klubu yarımmüdafiəçinin xidmətində maraqlıdır. İddialara görə, Türkiyə nəhəngi futbolçunun getməsinə razılıq verib. "Fənərbaxça" Fred üçün "Atletiko Mineyro" klubundan 12 milyon avro tələb edib.

Qeyd edək ki, Fred 3 il əvvəl "Mançester Yunayted" klubundan "Fənərbaxça"ya transfer edilib.

Chosen
65
metbuat.az

1Sources