EN

Masallı yunan-romaçılarının uğuru

Masallı güləşçilərinin növbəti uğuru 

 

Lənkəran-Astara Regional İdarəsi Masallı Uşaq-Gənclər İdman Məktəbinin üç idmançısı 11-14 mart 2026-cı il tarixində Qazax Olimpiya İdman Kompleksində keçirilən yunan-Roma güləşi üzrə yeniyetmələr arasında U15 Azərbaycan çempionatının bürünc medalına sahiblənib.
Belə ki, məktəbin yunan-Roma güləşi üzrə bölməsinin yetirmələri Ağakişi Bağıyev (38 kq), Məhəmməd Musalı (41 kq) və Azər Teymurov (44 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.
Yeniyetmə pəhləvanlarımız yarışların təşkilat komitəsinin müvafiq dərəcəli diplom və medalları ilə təltif olunublar. Hər üç güləşçi U15 ölkə yığması tərkibində təlim-məşqlərini davam etdirirlər.
Qeyd edək ki, mükafatçı idmançılar Masallı UGİM-nin məşqçi-müəllimləri Qismət Əkbərovun və Orxan Məmmədlinin yetirmələridir. 


 
Akif AĞAYEV
 

Chosen
20
qht.az

1Sources