Türkiyə Super Liqasında XXVI tura start verilib.
"Yeni Sabah" xəbər verir ki, ilk oyun günündə "Fənərbaxça" səfərdə "Karagümrük"lə qarşılaşıb.
Hesabı Bartu Elmas açıb. İlk yarının sonlarında Serjinyo yekun nəticəni müəyyənləşdirib - 2:0.
Bununla da, "Fənərbaxça" mövsümdə ilk məğlubiyyətini alıb.
Qeyd edək ki, "sarı-lacivərdlilər"in lider "Qalatasaray"la xal fərqi 4-də qalıb. "Cim-bom" bir oyun az keçirib.
Telegram kanalımız