İranın paytaxtı Tehranda yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş qərargah binası İsrail və ABŞ Silahlı Qüvvələrinin endirdiyi zərbələr nəticəsində ciddi dağıntılara məruz qalıb.
Far.Az-in məlumatına görə, bu barədə Al Hadath telekanalı xəbər yayıb.
Bildirilir ki, hücum nəticəsində inzibati bina demək olar ki, tamamilə yararsız vəziyyətə düşüb.
Mənbə həmçinin qeyd edib ki, ABŞ-nin Bağdaddakı səfirliyi də hücuma məruz qalıb. Telekanalın iddiasına əsasən, zərbələrin əsas hədəfi diplomatik missiyanın ərazisində yerləşdirilən hava hücumundan müdafiə (HHM) sistemləri olub.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başladıqlarını açıqlamışdılar. Buna cavab olaraq SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı müxtəlif obyektlərə qarşı genişmiqyaslı əməliyyata start verdiyini bəyan edib.