EN

Avtobusla yük maşını toqquşub, 10-dan çox şəxs xəsarət alıb

Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 10-dan çox şəxs xəsarət alıb.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə Ankara-Samsun magistralının Amasya vilayətindən keçən hissəsində qeydə alınıb.

Hadisə yerinə dərhal xilasedicilər və təcili tibbi yardım maşınları cəlb olunub. İlkin məlumata görə, avtobusdakı 11 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar ətrafdakı xəstəxanalara çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma başladıldığı bildirilib.

Chosen
2
5
moderator.az

7Sources