Novruz bayramı yaxınlaşdıqca bir çox insan bayramı daha səmərəli keçirmək üçün istirahət planlarını qurmağa başlayır. Xüsusilə bölgələrdə dincəlməyi düşünənlər artıq tur və hotel rezervasiyaları edirlər.
Day.Az xəbər verir ki, hazırda turların qiyməti paket və müddətə görə dəyişir:
Bir günlük turlar:
- Ekonom paket - 25 manatdan başlayır
- Standart paket (səhər yeməyi daxil) - 29-32 manat
İki günlük turlar:
- 89 manat
- 109 manat
- 129 manat
Üç günlük turlar:
- 139 manat
- 159 manat
- 229-239 manat
Ekspertlərin sözlərinə görə, turların qiyməti əsasən səfərin müddətindən və hotellərin ulduz sayından asılı olaraq formalaşır. Bayram günlərində bölgələrə fərdi şəkildə səyahət edənlərin də sayı az deyil. Bu zaman daha çox "A-frame house" tipli evlər və kirayə kotteclər seçilir. Belə evlərin qiyməti mövsümdən asılı olaraq 150-250 manat arasında dəyişir və ailəvi qalanda daha sərfəli hesab olunur.
Hotellərdə gecələmə qiymətləri isə belədir:
- 3 ulduzlu hotellər: 100-150 manat
- 4 ulduzlu hotellər: 200-250 manat
- 5 ulduzlu hotellər: 300-450 manat
Bayram ərəfəsində bəzi hotellər xüsusi "qala gecələri" də təşkil edir. Məsələn, Qəbələdə yerləşən bəzi dördulduzlu hotellərdə əlavə təxminən 75 manat ödəməklə bu proqramlarda iştirak etmək mümkündür.
Elcan Turan
Day.Az