EN

Qış kuboku Balakən intellektual oyununun qalibləri mükafatlandırılıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Balakən, 14 mart, AZƏRTAC

Balakən rayon Gənclər evində yeniyetmələr arasında "Qış kuboku - Balakən" adlı "Breyn-rinq" intellektual oyunu üzrə liqanın yekun turu keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Gənclər evindən məlumat verilib.

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə gənclər və idman sektoru, Gənclər evi sosial xidmət müəssisəsi və Balakən rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən liqa 7 həftə davam edib. Ümumilikdə 8 məktəb komandasından 60 yeniyetmə liqada iştirak edib.

Turun yekun nəticələrinə əsasən Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzov adına HTT Lisey I yeri, Balakən şəhər Nəsimi adına 2 saylı tam orta məktəbin komandası II və Qazma kənd 1 saylı tam orta məktəbin komandası III yeri tutub. Liqada ilk 3 yeri tutan və iştirak edən komandalara diplom, qalib komandaya isə hədiyyələr təqdim edilib.

Müxbir - Rasim İslamoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
41
azertag.az

1Sources