EN

DÖVLƏT VƏ ÖZƏL SEKTORDA İXTİSARLAR DAVAM EDİR Bir ayda 26 min nəfər işini itirib

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda bir ayda 26 min insan işini rəsmən itirib.

“AzPolitika” bildirir ki, bunu Dövlət Statistika Komitəsinin (DSK) aylıq hesabatlarının təhlili göstərir.

Qurum martın 13-də bildirib ki, 2026-cı il fevralın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 782 min nəfər olub: "Onlardan 861.4 min nəfəri dövlət sektorunda (-0.5 faiz), 920.6 min nəfəri isə qeyri-dövlət sektorunda (-2.3 faiz) fəaliyyət göstərib".

Hələlik rəsmilər və başqa əlaqədar qurumlar bu azalmanın səbəbini izah etməyiblər. Amma ötən ildən başlayaraq dövlət sektorunda – yerli və mərkəzi icra hakimiyyətlərində kütləvi ixtisarlar aparılır. İctimailəşən məlumatlara görə, bir neçə rayonda (tovuz, Ağsu, Lənkəran və s.) dövlət qulluğu kateqoriyasına aid 100-dən artıq ştat ləğv edilib. Çalışan işçilərin bir qismi vakant yerlərdə müvəqqəti yerləşdirilib, qalanları isə ixtisara düşüb.

“AzPolitika”ya daxil olan məlumata görə, il ərzində proses bütün rayon və şəhər icra hakimiyyətlərini əhatə edəcək. Həmçinin nazirlik və komitələrdə də “artıq”, “lazımsız” hesab edilən çoxlu saytda ştatların ləğv edilməsi nəzərdə tutulub. Məsələn, Maliyyə Nazirliyi əvvəlcə rayon maliyyə idarələrini, daha sonra regional idarələri faktiki ləğv edilərək bütün səlahiyyətli 2 mərkəzi qurumda cəmləşdirib.

Bundan başqa nazirliyin maliyyə, nəzarəti aparan əksər qurumlarında da optimallaşdırma aparılıb. Nəticədə 400-dən artıq əməkdaş ixtisar edilib və ya müvəqqəti başqa vakant yerlərdə işlə təmin edilib.

Mənbə bildirib ki, güc strukturları istisna olmaqla əksər dövlət təşkilatlarında, təsərrüfat hesablı qurumlarda ixtisarların aparılması, struktur islahatları, xərclərin azaldılması nəzərdə tutulub.

Qeyd olunur ki, 1 ayda işini itirənlərin əhəmiyyətli hissəsi özəl sektora aiddir. Belə ki, ilin əvvəlindən vergi güzəştlərin ləğvi – gəlir vergsinin tətbiq edilməsi böyük şirkətlərdə ixtisarlara yol açıb. Onlar xərclərini azaltmaq üçün işçilərin bir hissəsi ilə vidalaşmağı asan yol seçiblər.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
azpolitika.info

1Sources