EN

"Qızım "yox" nədir bilir" - Video

"Qızıma yoxdu, olmaz öyrətmişəm. Hər şeyin lüksunu yaşadıram. Bu da tamaşaçılara qıcıq yaradır. Bütün valideyn övladına lüks yaşatmaq istəyir. Mən də çalışmışam yaşadım. Yaşada bilmədiyim dönəmlər də olub. Amma Selena heç vaxt gəlib deməyib bunu istəyirəm".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Öz aramızda" verilişində deyib. Sənətçi övladı Selena haqqında danışıb:

"Selena telefon, geyinmək həvəskarı deyil. Sadəcə, dostları ilə gəzməyi sevir. Deyib, Ayan bunu istəyirəm, nə vaxt ala bilərsən? Cavab vermişəm, hələ alınmır, gözlə. Çünki qızımın təhsili daha önəmlidir. Ölkənin bahalı məktəblərindən birində təhsil alır. İndi bunu qarşılaya bilirəm. Edə bilməyəcəyim dönəm də ola bilər. İstəyirəm qızım xaricdə təhsilini davam etdirsin və yaşasın. Mənim övladımın qadağaları, yoxları var. Nə olsun Ayanın qızıdır, övladdır. Cəmiyyət üçün düzgün vətəndaş yetişdirirk. Mənə göstərin ki, bir sənətçinin övladı sosial şəbəkədə tərbiyəsizliyi, özündənrazılığı ilə gündəmə çıxsın? Müğənniləri qınamaq olmaz. Sosial verilişlərdə ancaq sadə vətəndaşlar problemlə çıxır. Müğənni o qədər çətin yol keçir ki, övladının bunu yaşamasını istəmir". (Axşam.az)

Chosen
2
1
bakivaxti.az

2Sources