Salyan rayonunda azyaşlı faciəli şəkildə həyatını itirib.
"Unikal" xəbər verir ki, hadisə martın 13-ü saat 12 radələrində Qaraçala qəsəbəsində qeydə alınıb. Belə ki, Qəsəbə sakini 2022-ci il təvəllüdlü Əli Pərvin oğlu Ağarzazadə həyətlərindəki su quyusuna düşərək ölüb.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.