EN

COVID 19 un mənşəyi ilə bağlı yeni araşdırma: virusun təbii yayılması ehtimalı güclənir

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

25 milyondan çox insanın ölümünə səbəb olan "COVID-19" pandemiyasının mənşəyi ilə bağlı müzakirələr davam edərkən, yeni elmi araşdırma virusların təkamülü barədə mühüm nəticələr ortaya qoyub.

Bizimyol.info xəbər verir ki, ABŞ alimlərinin apardığı və nüfuzlu "Cell" jurnalında dərc edilən tədqiqatda son onilliklərdə baş vermiş yeddi böyük virus epidemiyası – o cümlədən "Ebola" və qrip virusları təhlil edilib.

Araşdırma göstərib ki, "COVID-19"a səbəb olan "SARS-CoV-2" virusunda pandemiyadan əvvəl qeyri-adi genetik dəyişikliklər müşahidə olunmayıb. Bu nəticə virusun laboratoriyada yaradılması ilə bağlı iddiaları zəiflədərək onun təbii şəkildə heyvanlardan insanlara keçməsi ehtimalını gücləndirir.

"University of California San Diego" universitetinin viroloqu Joel Vertheym bildirib ki, virus yarasalar arasında təkamül edərkən təsadüfi mutasiya nəticəsində insanlara yoluxma qabiliyyəti qazanıb və pandemiyaya səbəb olub.

Tədqiqat həmçinin göstərir ki, viruslar insanlara keçdikdən sonra daha sürətlə mutasiyaya uğrayaraq daha aqressiv formaya çevrilə bilib.

Alimlər xəbərdarlıq edirlər ki, təbiətdə insanlara keçməyə hazır olan bir çox virus mövcuddur və gələcək pandemiyaların qarşısını almaq üçün bu risklərin ciddi şəkildə araşdırılması vacibdir.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
65
icma.az

1Sources