EN

Xaçmazda Novruz bayramı ilə əlaqədar iməcilik keçirilib FOTOLAR

Sia Az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Novruz bayramı ərəfəsində Xaçmaz rayonunun şəhər, qəsəbə və kənd qəbiristanlıqlarında geniş iməcilik aksiyaları keçirilib.

SİA xəbər verir ki, Xaçmaz şəhəri və Qaraqurtlu qəbiristanlıqlarında baş tutan təmizlik aksiyasında rayonun icra başçısı Elnur Rzayev də iştirak edib.

İməciliklər zamanı qəbiristanlıqların əraziləri zibildən və lazımsız bitkilərdən təmizlənib, abadlaşdırma istiqamətində işlər görülüb.

E.Rzayev sakinlərlə söhbət zamanı bildirib ki, Novruz bayramı ərəfəsində keçirilən belə iməciliklər artıq ənənəvi xarakter daşıyır. Məqsəd qəbiristanlıqların səliqə-sahmana salınması və ziyarətə gələnlər üçün rahat şəraitin yaradılmasıdır.

Təmizlik işlərində kommunal xidmət işçiləri ilə yanaşı, yerli sakinlər də fəal iştirak ediblər. Sakinlər belə tədbirlərin təşkilinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində aparılan təmizlik və abadlıq işləri rayonun bütün qəbiristanlıqlarını əhatə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
2
sia.az

3Sources