Bakının Nəsimi rayonunda eyni ofisdə çalışan həmkarının 9 min dollar dəyərində fotoaparatını oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib. Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı K.Hətəmova saxlanılıb. Faktla bağlı araşdırma aparılır.