Bakının Nəsimi rayonunda eyni ofisdə çalışan həmkarının 9 min dollar dəyərində fotoaparatını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı K.Hətəmova saxlanılıb. Faktla bağlı araşdırma aparılır.