“Fənərbağça” klubunda baş məşqçi Domeniko Tedesko ilə yollar ayrılacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalist Yusuf Kenan Çalık məlumat yayıb.
Tedesko cari mövsümün əvvəlində Joze Mourinyonun əvəzinə bu posta gətirilmişdi.
“Sarı-lacıvərdlilər” onun dövründə 39 matç keçirib və bu oyunların 23-də qələbə qazanıb.
“Fənərbağça” hazırda 57 xalla Super Liqada 2-ci yerdədir. Onlar bir oyun çox keçirməyinə baxmayaraq lider “Qalatasaray”dan 4 xal geri qalır./Offsideplus.az/