Aİ-nin 27 ölkəsinin səfirləri 2,6 mindən çox rusiyalı fiziki və hüquqi şəxsə qarşı sanksiyalar siyahısının yarım il müddətinə uzadılması barədə qərarı razılaşdırıblar.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, daimi nümayəndələr Rusiyaya qarşı qara siyahının sentyabrın 15-dək uzadılması məsələsində kompromisə nail olublar.
Bu qərar qara siyahıdan istisnaları nəzərdə tutmur.
Bizim.Media