AZ

Aİ səfirləri Rusiyaya qarşı sanksiyalar siyahısını yarım il müddətinə uzadıb » AzadMedia.az


Avropa İttifaqının 27 ölkəsinin səfirləri 2,6 mindən çox rusiyalı fiziki və hüquqi şəxsə qarşı sanksiyalar siyahısının yarım il müddətinə uzadılması barədə qərarı razılaşdırıblar.

Bu barədə TASS-a Brüsseldəki diplomatik mənbə bildirib.

"Daimi nümayəndələr (Aİ-nin 27 ölkəsinin Brüsseldəki nümayəndələri) Rusiyaya qarşı qara siyahının sentyabrın 15-dək uzadılması məsələsində kompromisə nail olublar. Bu qərar qara siyahıdan istisnaları nəzərdə tutmur", - o deyib.

Qeyd olunur ki, əvvəllər Aİ Məhkəməsinin öz xeyrinə qərar çıxarmasına nail olan maliyyəçi Mixail Fridman sanksiya siyahısında qalıb.
Seçilən
32
8
azadmedia.az

9Mənbələr