EN

Neftçalada qadın dəm qazından zəhərlənərək ölüb

Neftçala rayonunda qadın dəm qazından zəhərlənərək həyatını itirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Neftçala rayonunun Qoltuq kəndində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Abbasova Lətafət İnqilab qızı yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.

Chosen
40
1
apa.az

10Sources