EN

"North Coast Communications" ABŞ və Azərbaycan arasında biznes əlaqələrini inkişaf etdirməyə hazırdır (ÖZƏL)

Vaşinqton. Trend:

"North Coast Communications" şirkəti ABŞ ilə Azərbaycan arasındabiznes əlaqələrinin gücləndirilməsində mühüm rol oynaya bilər.

Bu barədə Trend-əABŞ–Azərbaycan Ticarət və Biznes Konfransı çərçivəsində stratejikommunikasiya şirkətinin prezidenti və təsisçisi Devid Silvermanbildirib.

Martın 10-da keçirilən tədbir Vaşinqtonda Amerika–AzərbaycanTicarət Palatasının (USACC) 30 illiyinə həsr olunub.

Vaşinqtonda yerləşən "North Coast Communications" şirkəti Asiyavə Mərkəzi Asiya bazarları üzrə ixtisaslaşıb, regional şirkətlərinmaraqlarını həm ABŞ-da, həm də əks istiqamətdə təşviq etmək üçünfərdi məsləhət xidmətləri, media dəstəyi və bazara çıxışstrategiyaları təqdim edir.

“Şirkəti 2020-ci ildə təsis etdiyim vaxtdan etibarən Asiyaistiqaməti, o cümlədən Mərkəzi Asiya və Xəzər regionu üzrə fəalçalışmışam. Heç vaxt ABŞ ilə bu region arasında bu qədər güclüqarşılıqlı maraq görməmişəm. Xüsusilə Azərbaycan əlaqələndirmə,regional sabitlik və enerji sahəsində mühüm mərkəz kimi diqqətçəkir. Güclü və fəal Azərbaycan həm ABŞ, həm də bütün region üçünvacibdir”, – deyə Silverman bildirib.

O, şirkətin transsərhəd biznes mübadiləsinin təşviqində rolunuvurğulayıb.

“Biz Azərbaycan şirkətlərinə ABŞ bazarına çıxmağa kömək edirikvə onlara Vaşinqtonda etibarlı tərəfdaş təqdim edirik. Eyni zamandaAmerika şirkətlərinin və investisiya kapitalının Azərbaycana cəlbolunmasına da dəstək veririk”, – deyə Silverman əlavə edib.

Regionun daha geniş əhəmiyyətindən danışarkən o qeyd edib:“Mərkəzi Asiya ölkələri həm ABŞ, həm də Azərbaycan üçün əlatərəfdaşlardır. Azərbaycanın strateji mövqeyi bu tərəfdaşlıqlarıgücləndirir və "North Coast Communications" ABŞ biznes imkanlarınıbu dinamik regionla əlaqələndirmək üçün unikal imkanlaramalikdir”.

Chosen
71
1
az.trend.az

2Sources