EN

İran Dubay və Manamadakı ABŞ banklarını VURDU -VİDEO

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Dubay və Manamadakı “Citibank” filiallarına hücum təşkil etdiyini rəsmən bəyan edib.

SEPAH-ın açıqlamasında bildirilir ki, əgər Vaşinqton yenidən İran banklarına zərbə endirərsə, regiondakı bütün ABŞ bankları qanuni hədəf hesab olunacaq.

NOCOMMENT.az xəbər verir ki, bu gərginlik fonunda İranın xarici işlər naziri Abbas Əraqçi də kəskin xəbərdarlıqla çıxış edib: “İranın enerji infrastrukturuna zərbələr endiriləcəyi təqdirdə, İran qüvvələri regiondakı ABŞ şirkətlərini və ya ABŞ-ın payı olan müəssisələri hədəfə ala bilər”.

Sara,
NOCOMMENT.az

Chosen
147
1
nocomment.az

10Sources